"Qarabağ" - "Neftçi" oyununda ara qarışdı -

Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilən “Qarabağ” - “Neftçi” matçının sonlarına doğru gərgin anlar yaşanıb.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Ağdam təmsilçisinin hesabı bərabərləşdirməsindən sonra baş verib.

Belə ki, “Neftçi” azarkeşləri “Qarabağ”ın qolundan sonra meydana protexniki vasitələr atıb.

“Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili də petardanı götürərək “Neftçi” bayrağına doğru atıb.

Azarkeşlər gürcü qolkiperə etiraz əlaməti olaraq ona doğru yad əşyalar atmağa başlayıblar.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Ağ-qaralar"ın qolunu 33-cü dəqiqədə Kilan Lebon vurub. Qonaqların heyətində Höccət Haqverdi 83-cü dəqiqədə avtoqol müəllifi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR