Azərbaycanın "Mədəniyyət strategiyası" hazırlanır

Mədəniyyət sahəsi ilə bağlı “Mədəniyyət strategiyası” adlı sənəd hazırlanır.

Metbuat.az xəbər verir ki, bu barədə mədəniyyət nazirinin birinci müavini, nazirin səlahiyyətlərini icra edən Adil Kərimli bildirilib.

"Bu sənəd mədəniyyət sahəsində boşluqların, qanunvericilik bazasının doldurulmasına xidmət edəcək. Sənəddə mədəniyyət sahəsində Azərbaycan dilinin istifadə qaydası, davranış mədəniyyəti və digər məsələlər yer alacaq. Həmin sənədin hazırlanmasına deputatların da cəlb olunması hədəflənir", - deyə o bildirib.

Nazir əvəzi bildirib ki, mədəniyyət sahəsində problemlər var: "Düzdür, bu sahəyə dövlət səviyyəsində dəstək var. Amma boşluqların, problemlərin bir neçə səbəbi var. Bunlardan biri də subyektiv səbəblərdir, komanda işinin olmamasıdır. Digər tərəfdən uğursuzluqlarından biri də cəmiyyət tərəfindən dəstəyin olmamasıdır. Ona görə də bu sahədə problemləri görürük və ciddi islahatlarının aparılmasını istəyirik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR