Zelenskidən təəccüblü açıqlama:

“Vladimir Putin bir gün yaxın ətrafı tərəfindən öldürüləcək. Yırtıcılar yırtıcıları udacaq”.

Metbuat.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski belə açıqlama verib. “The Times” qəzetinin yazdığına görə, onun açıqlamaları “İl” adlı sənədli filmdə yer alıb. "Əlbəttə, Putin rejiminin kövrəkliyinin Rusiya dövlətində hiss olunduğu bir zaman gələcək. Sonra yırtıcılar yırtıcıları yeyəcək. Onlar qatili öldürmək üçün səbəb tapacaqlar", - Zelenski sənədli filmdə deyib.

Lakin analitiklərin fikrincə, Putinin yaxın ətrafındakı şəxslərin ona qarşı çıxması çətin görünür. Çünki onlar öz mövqelərinə görə Putinə borcludurlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR