Kamran Əliyev özünə böyük köməkçi təyin etdi

Baş prokurorun böyük köməkçisi vəzifəsinə təyinat olub.

Metbuat.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyevin əmr imzalayıb.

Əmrə əsasən Vüsal Əliyev Baş prokurorun böyük köməkçisi vəzifəsinə təyin edilib. Vüsal Əliyev bu təyinata qədər Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsində çalışmışdır.

Həmçinin müvafiq əmrlə Rail Bayramlı tutduğu vəzifədən azad olunaraq Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsinə təyin edilib.

Qeyd edilib ki, Rail Bayramlı bu təyinata qədər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində çalışmışdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR