Musa Qurbanlı yubiley oyununu keçirib

“Qarabağ”ın futbolçusu Musa Qurbanlı Azərbaycan çempionatında 50-ci oyununu keçirib.

Metbuat.az xəbər verir ki, gənc hücumçunun yubileyi Premyer Liqanın XXIV turunda “Neftçi” ilə 1:1 hesablı heç-heçə ilə nəticələnən matça təsadüf edib.

21 yaşlı forvard çempionatdakı 50 görüşdə 26 qol vurub. Onun orta məhsuldarlığı 0,52-yə bərabərdir. Azərbycan millisini üzvü ölkə çempionatında iki komandanın şərəfini qoruyub. “Qarabağ”da 41 görüşdə 25 dəfə fərqlənən forvard “Zirə”dəki 9 qarşılaşmada 1 dəfə qol sevinci yaşayıb.

Qeyd edək ki, Musa Qurbanlının Premyer Liqada debütü 2020-ci il sentyabrın 25-də gerçəkləşib. O, “Qarabağ” forması ilə “Sumqayıt”la səfər görüşündə (2:2) şans qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR