Üçtərəfli görüş olacaq?

Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşlərə keçirilməsinə hər zaman hazırdır.

Metbuat.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

"Azərbaycan tərəfi üç tərəfli görüşlərə razılıq versə də, Ermənistan bununla razılaşmayıb. Biz keçən ilin sonunda belə görüşlə bağlı razılıq almışdıq. Azərbaycan razılıq vermişdi, son anda Ermənistan tərəfi görüşə gələ bilməyəcəklərini bildirdi", - deyə XİN başçısı vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR