İranda dollar kəskin bahalaşıb

İranda dollar bahalaşmağa davam edir.

Metbuat.az xarici mediyaya istinadən xəbər verir ki, hazırda dolların məzənnəsi 60 min tümənlik tarixi rekordu qırıb. İranda xarici valyutaların qiymətini qeyd edən qeyri-rəsmi internet saytlarının hesabatına əsasən, Britaniya funt sterlinqinin məzənnəsi 69 min 665 tümən, avro isə 61 min 310 tüməndən alınıb.

Fars xəbər agentliyi bazar ertəsi bildirib ki, İranın maliyyə bazarlarına 407 milyon dollar daxil olub.

Qeyd edək ki, sərbəst bazarda məzənnə dəyişikliyi ilə bağlı vəziyyəti İranın bəzi rəsmiləri hələ də inkar edir və bu rəqəmləri “qeyri-real” hesab edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR