Baydenlə bağlı inanılmaz açıqlama -

Ağ Evin keçmiş həkimi Ronni Cekson ABŞ Prezidenti Co Baydenlə bağlı diqqətçəkən açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Baydenin sağlamlıq vəziyyəti ölkəni nəhəng dövlətlərlə münaqişəyə aparır. Ronni Ceksonun sözlərinə görə, yaşı ilə əlaqədar Baydenin koqnitiv funksiyaları zəifləyib. Bu isə ABŞ üçün fəlakətli nəticələrə gətirib çıxara bilər. “Bayden gününün yarısını harada olduğunu bilmir. Prezident administrasiyası Baydenin səhhəti ilə bağlı həqiqəti gizlədir” - deyə Ronni Cekson bildirib.

Qeyd edək ki, Ronni Cekson hazırda ABŞ Konqresində Respublikaçılar partiyasını təmsil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR