Göndərilən yardımlarla bağlı inanılmaz görüntülər -

Kahramanmaraşdakı zəlzələlərdən sonra zərər çəkənlər üçün göndərilən yardımların bəziləri tullantıya atılıb.

Metbuat.az xəbər verir ki, Hataya göndərilən minlərlə paltar kənara atılıb. Bu barədə məlumat əldə edən ehtiyacı olanlar əraziyə gələrək, özləri üçün paltar seçməyə başlayıblar. Bəzi saytlar yazır ki, zəlzələlərdən sonra bölgəyə göndərilən yardımlar koordinasiya edilməyib. Buna görə də, bölgəyə lazımsız paltarlar göndərilib. Rəsmi dairələrin məlumatına görə, hazırda zəlzələ bölgəsində ehtiyac əsasən konteynerlərə və körpə yeməklərinə var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR