Avropada qazın qiyməti 3 dəfə azaldı

Avropada qazın orta qiyməti azalıb.

Metbuat.az xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, Avropada qazın qiyməti qışda 3 dəfə azalaraq 1000 kubmetr üçün 515 dollar təşkil edib. Azalmaya səbəb kimi, qışın isti keçməsi və anbarlardakı qazın çoxluğu göstərilib.

Qeyd edək ki, qazın qiyməti dekabrda 1000 kubmetr üçün təxminən 1272 dollar, yanvarda 712 dollar, fevralda isə 583 dollar civarında olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR