Son dönəmdə qlobal bazarda yaşanan ixtisarlar dalğasına ABŞ şirkəti “General Motors” da qatılıb.
Metbuat.az xəbər verir ki, “CNBC”nin şirkətə yaxın qaynaqlardan əldə etdiyi məlumata görə, müxtəlif vəzifələrdə çalışan 500 əməkdaş şirkətdəki işindən çıxarılacaq.
Daha əvvəl “General Motors”un ixtisarlar aparacağına dair xəbərlər ilk dəfə “Detroit News” tərəfindən ortaya atılmışdı. İddiaların ardından - bundan 1 ay öncə şirkətin SEO-su Meri Barra və direktor Paul Jakobson sərmayəçilərə şirkətdə hər hansı bir ixtisar düşünmədiklərini açıqlamışdı.
“CNBC”-nin hazırladığı xəbərə görə, “General Motors” İnsan Resusrları üzrə səlahiyyətli nümayəndəsi Arden Hoffman isə açıqlamasında bildirib ki, şirkət qarşıdakı iki il içində 2 milyard dollarlıq maliyyə qənaəti planlaşdırır.
Qeyd edək ki, şirkətin bütün dünyada 86 min saatlıq ödənişlə çalışan, 81 min isə maaşlı işçisi mövcuddur. 500 nəfərlik ixtisarla şirkətin maaşlı işçi sayının 1 faizindən azını təşkil edir.