Milyonlarla insan tərəfindən izlənilən VİDEO -

Hindistanda meşə təsərrüfatı işçisi təxminən 3 metr uzunluğundakı kobra ilanının şaquli vəziyyətdə dayandığı anları lentə alıb.

Metbuat.az xəbər verir ki, o qorxulu görüntünü sosial media hesabında paylaşıb. İstifadəçilərin ağzını açıq qoyan video qısa zamanda milyon yarımdan çox insan tərəfindən izlənilib."Kral kobra sözün əsl mənasında ayağa qalxıb böyük adamın gözünə baxa bilir. Təhlükə ilə üzləşdikdə bədəninin üçdə birini yerdən qaldıra bilirlər", - meşə təsərrüfatı işçisi Susanta Nanda qeyd edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR