Regionda proseslər Azərbaycanın lehinə işləyir:

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.

Martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

Xocalıdakı görüşdə bizi bu deputat təmsil etdi -

Bu müzakirələri şərh edən politoloq Məhəmməd Əsədullazadə Metbuat.az-a bildirdi ki, Xocalıda erməni icması arasında sayca ikinci dəfə baş tutan növbəti görüş proseslərin Azərbaycanın lehinə işlədiyini göstərən amillərdəndir.

"Ötən gün qondarma rejimin rəhbəri Arayik Aratunyan da tərəflər arasında müsbət irəlləyişin olduğunu vurğulamışdı. Bildiyiniz kimi, Rusiyanın Ruben Vardanyan planı fiaskoya uğradı. Azərbaycan tələb edirdi ki, erməni icması ilə təmaslarını qursun. Çünki, oradakı ermənilərin reinteqrasiyası mütləqdir. Rusiya iki ildir Azərbaycanın birbaşa təmaslarına mane olurdu. Amma, hazırda vəziyyət Azərbaycanın xeyrinə dəyişib".

Məhəmməd Əsədullazadə

Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakıya səfərində erməni icması ilə bağlı məsələləri müzakirə etdiyini xatırladan politoloq hesab edir ki, görünür, Moskva Azərbaycanın şərtlərini qəbul edib. M.Əsədullazadə onu da qeyd etdi ki, bundan sonra Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin komandanlığı olmadan görüşə bilər.

Rusiya-Azərbaycan Ekspert Şurasının iclasında kommünike qəbul edilib

"Bu görüşlərdə Azərbaycanın ilk növbədə tələbi qanunsuz silahlı erməni birləşmələrinin ləğvidir. Bu proses baş tutarsa, separatizm tam iflasa uğrayacaq. Həmçinin Azərbaycan erməni icmasını elektrik və qazla təmin edə bilər. Çünki, Ermənistandan buraya elektrik və qazın verilməsi qanunsuzdur. Azərbaycanın erməni icması ilə təmaslar qurması Ermənistanın Qarabağ məsələsini sülh gündəliyinə salmasının qarşısını alır. Qeyd edim ki, silahlı erməni birləşmələrinin ləğvi razılaşdırılacaqsa, Laçın yolunda etiraz aksiyaları sona çata bilər.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR