"Polis idarəsinin rəisi evimi mənimsəyib" -

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət edərək iddia edib ki, onun evi Xəzər Rayon Polis İdarəsinin rəisi polis polkovniki Əli İbrahimov tərəfindən mənimsənilib.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı polis mayoru Anar Qafarov “Qafqazinfo”ya açıqlamasında R.İsmayılovanın iddialarının əsassız olduğunu bildirib:

“Tərəflər arasında 2015-ci ildə ev alqı-satqısı olub. Həmin evin satışı qanunauyğun olaraq notarial qaydada bank-köçürmə yolu ilə həyata keçirilib. Sonradan qarşı tərəf ödənilən məbləği qaytarmadan evi geri tələb edib. Tərəflər arasındakı mübahisə məhkəmə qaydasında davam etdirilib. Məhkəmə iddiaçının tələbəni təmin etməyib. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, iddiaların hüquqi əsası yoxdur”.


16:57

Müğənni Rəqsanə İsmayılova daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət edib.

Metbuat.az xəbər verir ki, instaqram hesabında videomüraciət ünvanlayan müğənni bildirib ki, 2015-ci ildən bugünədək Xəzər Rayon Polis İdarəsinin rəisi Əli İbrahimovla ev mübahisəsi yaşayır.

Müğənni iddia edib ki, 7 ildən çoxdur ki, Əli İbrahimob evini mənimsəyib və geri qaytarmır. Həmçinin bu məsələ ilə bağlı onda dəlillər var.

Daha ətraflı videoda:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR