“Kristal Abşeron”un tikdiyi bina əyildi:

“Qobu Park-2” yaşayış kompleksində 17-ci binanın uçmaq təhlükəsi var.

Metbuat.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə yerli sakinlər bildiriblər.

Sakinlərin dediyinə görə, "Kristal Abşeron" tikinti şirkətinin inşa etdiyi bina artıq əyilib.

"Məsələdən "Kristal Abşeron" şirkətinin rəhbərliyinin də xəbəri var. Əraziyə traktor gətiriblər. Divarlarda deşik açırlar ki, bərkitmə işi aparsınlar. Amma bunu savadsızcasına edirlər. Əyilən binanı bu üsulla saxlamaq, bərkitmək mümkün deyil. O bina mütləq sökülməlidir", - deyə sakinlərdən biri bildirib.

Məsələ ilə bağlı "Kristal Abşeron" şirkəti ilə əlaqə saxlanılıb.

Şirkətdən məsələnin araşdırılıb, sabah məlumat verəcəklərini bildirdilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR