Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlandı -

Rusiya ordusunun Ukraynadakı canlı qüvvə itkilərinin sayı 150 605 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, son sutkada Rusiyanın 715 hərbçisi məhv edilib.

Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 397 tank, 6 658 zirehli maşın, 2058 operativ-taktiki PUA, 480 reaktiv yaylım atəşi sistemi, 2 398 artilleriya sistemi, 243 hava hücumundan müdafiə sistemi, 300 təyyarə, 288 helikopter, 5264 avtomobil və tanker, 230 xüsusi texnikadan ibarətdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR