Hacı Şahinlə vida mərasimi keçirilir -

Hazırda 48 yaşında vəfat edən Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli ilə vida mərasimi keçirilir.

Metbuat.az xəbər verir ki, ilahiyyatçı ilə vidalaşmaq istəyənlər Məşədi Dadaş məscidinə toplaşır.

Tanınmış din xadimi "Qurd qapısı" qəbiristanlığında saat 16:00-da torpağa tapşırılacaq.

Qeyd edək ki, Hacı Şahin bu gün səhər saatlarında ürəktutmasından vəfat edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR