ABŞ 43 İran rəsmisinə məhdudiyyət tətbiq etdi

ABŞ Dövlət Departamenti 43 iranlı məmur immiqrasiya məhdudiyyətlərinə məruz qalıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Konqresinə göndərilən siyahıya əsasən məmurların və ailələrinin ABŞ-a girişi qadağan edilib.
Bu siyahıya Əli Xaməneyi, İbrahim Rəisi, SEPAH-ın Qüds qüvvələrinin komandiri İsmayıl Qaani ilə yanaşı İran məhkəmə sistemi, SEPAH üzvləri və bir çox başqa yüksək vəzifəli rəsmilərin adları daxildir.

Qeyd edək ki, bu siyahı ABŞ Dövlət Departamentinin Maliyyə Nazirliyi ilə birgə hazırlanıb. Həmin məlumatlar ABŞ Senatının və Nümayəndələr Palatasının müxtəlif komitələrinə də göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR