Tanınmış qiraətçi Hacı Şahindən yazdı -

"Son dəfə 2 gün bundan qabaq görüşmüşdük. Ümrə ziyarətindən öncə də, sonra da bizi təbrik etdi".

Metbuat.az xəbər verir ki, bu sözləri tanınmış qiraətçi Xəzər Süelymanlı yazıb. O qeyd edib ki, onların sonuncu görüşü həmişəki kimi maraqlı keçib:

"Danışdıq, güldük, söhbətləşdik, dedi, Ramazanda bir gün ayıracam iftar da edək. Bu sözü əsla yadımdan çıxmayacaq. Hər görüşdə deyirdi ki, Xəzəri çox istəyirəm, görəndə ürəyim açılır. O başqaları üçün dini xadim idisə, bizim üçün dost idi, yoldaş idi, qardaş idi. Hisslərimi ifadə edə bilməyəcəm. Çox ağır oldu vaxtsız gedişi. Ruhun şad olsun, Hacı…",- deyə o, paylaşımda qeyd edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR