Rəşad Dağlının Hacı Şahinlə bağlı çıxışı:

Həbsdə olan meyxanaçı Rəşad Dağlının 3 il əvvəl Hacı Şahin Həsənlinin doğum günü ilə bağlı təbrik videosu yenidən gündəm olub.

Metbuat.az xəbər verir ki, meyxanaçının sözlərinə görə, Hacı Şahin illər əvvəl Yasamalda gənclərin pis vərdişlərdən uzaq durmasında böyük rol oynayıb. Müsahibə zamanı Rəşad Dağlı "Hacını görəndə günahlarımdan utanıram. Kərbəla hadisəsi dövrümüzdə olsa idi, onun yanında olmaq mənim üçün şərəfli olardı", - deyə fikir səsləndirib.

Qeyd edək ki, ilahiyyatçı Hacı Şahin Həsənli bu gün səhər saatlarında ürək tutmasından vəfat edib. Tanınmış din xadimi "Qurd qapısı" qəbiristanlığında saat 16:00-da torpağa tapşırılacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR