FIFA inqilabi dəyişikliklərə hazırlaşır

FIFA futbolda bəzi yeni qərarlar verməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat yayıb. Bildirilir ki, təklif qurumun rəhbəri Canni İnfantino tərəfindən irəli sürülüb. Təkliflər Beynəlxalq Futbol Assosiasiyaları Şurasının Londonda keçiriləcək iclasında müzakirə olunacaq.

Məlumata görə, FIFA futbolun “təmiz vaxt” prinsipi ilə oynanmasının tərafdarıdır. Futzaldakı kimi, yalnız topun oyunda olduğu müddət ərzində vaxt gedəcək.

Növbəti təklif edilən dəyişiklik ofsaydla bağlıdır. Belə ki, əgər təklif qəbul olunsa, hücumda olan komanda oyunçusu rəqiblə eyni xətdədirsə, bədəninin qol vura biləcək hər hansı hissəsinin öndə olması ofsaydı pozmayacaq.

Mövcud qaydaya görə, iki oyunçu eyni xətt üzərində olanda hücum edən tərəfin qol vura biləcəyi hər hansı bədən üzvü irəlidədirsə ofsayd qərarı verilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR