Əvvəlcə maşın aldı, indi də ev tikəcək -

Köhnə "VAZ-2107"si ilə Türkiyəyə yardım məntəqəsinə əşya daşıyan zaman görüntülənən Sərvər Bəşirliyə bu dəfə ev söz verilib.

Metbuat.az Musavat.com-a istinadən xəbər verir ki, Sərvər Bəşirliyə yeni avtomobil hədiyyə edən türkiyəli iş adamı Sebahettin Civelek Bakıya gəlib.

Dostları “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu və ülkücü Ali Yıldırım ilə birgə Sərvərin ailəsinin qonağı olan iş adamı qeyd edib ki, onun təşəbbüsü ilə Sərvər Bəşirlinin yaşadığı həyətdə ikimərtəbəli ev tikiləcək.

Xatırladaq ki, Sərvər Bəşirlinin köhnə avtomobili ilə yardım apararkən çəkilmiş fotoları həm Azərbaycan, həm də Türkiyə mediasında gündəm olmuşdu. O, həmçinin yaxın qohumları ilə birlikdə Azərbaycandan Türkiyəyə yardıma gedən könüllülərdən ibarət qrupla Adıyamanda çalışmışdı.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR