Kərbəlayi Səbuhi məhkəmə zalında

"Hüseynçi" ləqəbi ilə tanınan və bir müddət əvvəl dövlətə xəyanət ittihamı ilə 17 il müddətinə azadlıqdan məhrum edilən Kərbəlayi Səbuhi (Səlimov) vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Məlumata görə, onun ölümünə səbəb ürəktutmasıdır.

Qeyd edək ki, S. Səlimov 2022-ci il noyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətə azadlıqdan məhrum edilib. S. Səlimov ötən il Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. İttihama görə, Səbuhi Səlimov İran xüsusi xidmət orqanı olan SEPAH-la əməkdaşlıq edib, SEPAH rəhbərlərindən təlimatlar alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR