Rusiyada həyəcan: Putin səfərini təxirə saldı -

Rusiyanın Bryansk vilayətində Ukrayna diversiya qrupunun silahlı hücumu nəticəsində bir nəfər həlak olub.

Metbuat.az xəbər verir ki, Prezident Vladimir Putin hadisədən sonra Stavropol səfərini ləğv edib. Bu barədə Kreml sözçüsü Dmitri Peskov açıqlama verib. O bildirib ki, Vladimir Putinin Bryansk vilayətində silahlı hücumdan sonra yaranmış vəziyyətə görə Stavropol bölgəsinə səfərini ləğv edib və o Rusiyanın təhlükəsizlik qüvvələrindən məsələ ilə bağlı mütəmadi məlumat alır.

Bryansk vilayətindəki hadisənin terror hücumu olduğunu deyən Peskovun sözlərinə görə, hazırda terrorçuların zərərsizləşdirilməsi üçün tədbirlər görülür

"Putin Kremldəki təhlükəsizlik qüvvələrindən mütəmadi olaraq insidentlə bağlı məlumat alır. Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, müdafiə naziri Sergey Şoyqu, Federal Milli Qvardiya Xidmətinin direktoru Viktor Zolotov Putinə hesabat verir. Putin Stavropoldakı tədbirlərə videokonfrans vasitəsilə qatılacaq” - Peskov deyib.

Qeyd edək ki, Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Ukrayna təxribat qrupunun bölgədəki kəndə silahlı hücumu nəticəsində 1 nəfərin öldüyünü və Rusiya Silahlı Qüvvələrinin bu qrupu məhv etmək üçün lazımi tədbirlər gördüyünü bildirib. Rusiya mətbuatının məlumatına görə, təxribat qrupu Lyubeçane kəndindəki bazarda təxminən 6 nəfəri girov götürüb. Rosqvardiya əsgərləri ilə təxribat qrupu arasında qarşıdurma yaşandığı bildirilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR