Lalə Azərtaş gözyaşlarını saxlaya bilmədi:

Aparıcı Lalə Azərtaş dünən vəfat edən Hacı Şahin Həsənli ilə bağlı danışıb.

Metbuat.az xəbər verir ki, o, "Təsir dairəsi" verilində qeyd edib ki, Hacı Şahinin arzuları var idi: "Onun da müddəti çox qısa oldu, çünki 48 il çəkdi. Mən buna həyatdan doymamış gedilən nakam ölüm deyərəm. Yerinə yetməmiş arzumuz var idi. Artıq həyatda yoxdur. Üstüörtülü deyəcəyəm, çünki yerinə yetməmiş arzudan danışmağa dəyməz və onu həyata keçirməyə gücüm yoxdur. İki arzumuz vardı, biri Şuşada Yuxarı Gövhərağa məscidində namaz qılmaq idi. O yerinə yetdi, digəri isə yox, çox təəssüf".

Öz xatirələrini bölüşən Azərtaş dəfn mərasiminə getdiyini və xudahafizləşdiyini deyib:

"Onunla xudahafizləşəndə qulağına dedim ki, bizim ikinci arzumuz yerinə yetmədi, təəssüf. Sağ olsaydı, inanıram ki, "Heç üzülmə, Allah belə məsləhət görüb" deyərdi. İmkanım olsaydı, bircə kəlmə soruşardım. Hansı hissləri keçirdin ki, "Whatsapp"da ( din xadiminin son statusunu nəzərdə tutur - red) bu sözləri yazdın?".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR