Futbol tarixi belə hadisə görməyib -

Braziliyada “Serjipi” klubunun prezidenti Ernan Sena ölkə kubokunun 1/64 final mərhələsində “Botafoqo” ilə keçirilən oyundan sonra hakimlərlə dalaşıb.

Metbuat.az xəbər verir ki, qarşılaşmanın final fitindən dərhal sonra meydana girən Sena referilərə hücum çəkərək, onlara bir neçə zərbə vurub.

Buna cavab olaraq yan xətt hakimi əlindəki bayraqla “Serjipi” prezidentinin eynəyini sındırıb. Sena üzü qan içində meydanı tərk edib.

Qeyd edək ki, 90+10-cu dəqiqədə vurduğu qolla məğlubiyyətdən qurtulan “Botafoqo” (1:1) növbəti mərhələyə adlayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR