Naxçıvan MR-də qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,3 dəfə artıb

2023-cü ilin yanvar-fevral aylarında muxtar respublikada 980 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Naxçıvan MR Dövlət Vergi Xidmətindən məlumat verilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,3 dəfə çox olub.

    Fevral ayında kommersiya qurumlarının 61%-i elektron qaydada, 39%-i isə kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında uçota alınıb.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR