10 il əvvəl müəmalı ölüm baş vermişdi -

Moskvada rieltor biznesmen ər-arvadın meyitləri tapılıb.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, 53 yaşlı Pavel və 49 yaşlı Mariya Sorokinlərin daşınmaz əmlakın kirayəsi və satışı ilə bağlı biznesi olub. Onlar uzun müddət qohumları ilə əlaqə saxlamayıblar: heç biri zənglərə cavab verməyiblər, yaşadıqları mənzilin qapısını açan olmayıb. Bundan narahat olan qohumlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına xəbər veriblər.

Polislər mənzili açanda Pavel və Mariyanın öldüyünü görüblər. Mənzildə qan izləri, sınmış qablar və səpələnmiş əşyalar olub.

Polis və prokurorluq orqanları araşdırma aparır, ikiqat qətl versiyası nəzərdən keçirilir.

Maraqlıdır ki, mənzil əvvəllər casusluqda ittiham olunan Yevgeni Çiçvarkinə və onun valideynlərinə məxsus olub. Qaçaq oliqarxın anası 2010-cu ilin aprelində məhz bu mənzildə müəmmalı şəraitdə dünyasını dəyişib. Həmin vaxt müxtəlif şayiələr yayılıb. Lakin bildirilib ki, Lyudmila Gennadiyevna mətbəxdə metlaxın üstündə sürüşüb və başı masanın küncünə dəyib, nəticədə o ölüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR