"Şəhidin məktubu" çəkildi (FOTO)

"Şəhidin məktubu" çəkildi (FOTO)
13:56 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Mətbuat Mərkəzində “Şəhidin məktubu” adlı qısametrajlı filminin təqdimat mərasimi keçirilib.

ANS PRESS-in məlumatına görə, "Şəhid Ailələrinə Sosial Dəstək" İctimai Birliyinin dəstəyilə ərsəyə gəlmiş ekran işinin rejissoru Ramin Eyyubovdur. Gülnarə Sadiqin ssenarisi əsasında çəkilən filmdə bir şəhid balasının ata xiffəti, şəhid xanımının çəkdiyi qürurlu həsrət öz əksini tapır.

Qısa olsa da bu filmin mahiyyəti çox genişdi. Atasının qəbrini ziyarət etməyə gələn balaca məzarlıqda Mübariz İbrahimovun qəbri ilə rastlaşır və onun məzar daşının üzərində yazılmış son məktubunu oxuyur. Anasının ona verdiyi izah əslində Vətənimizin hər zaman qəhrəman oğullar böyüdən anaların duaları ilə nurlandığını göstərir.

Qeyd edək ki, filmdə Zeynəb Aslanova, Şəbnəm Rəhimova, Bətul Vəlizadə, Hüseyn Aslanov, Riyad Aslanov və gənc aktyor Nicat çəkilib.

































Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=320539

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR