Con Kennedinin qardaşı oğlu ABŞ prezidentliyinə namizəd olacaq

ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu, kiçik Robert Kennedi 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyi düşünür.

Metbuat.az xəbər verir ki, bu barədə "Fox News" xəbər verib. Nyu-Hempşirdə keçirilən tədbirdə çıxış edən 69 yaşlı Kennedi bildirib ki, o bu qərarında çox əmindir.

Qeyd edək ki, hüquqşünas və siyasətçi olan Robert Kennedi Amerika lideri Con Kennedinin qardaşı oğludur. Siyasətçi ABŞ Demokratlar Partiyasından namizədliyini irəli sürəcək. Eyni zamanda Amerikalı iş adamı Perri Conson 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi olmaq niyyətində olduğunu açıqlayıb. Məlumat üçün bildirək ki, 2022-ci ilin noyabrında Respublikaçı keçmiş prezident Donald Tramp 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlamışdı. Hazırkı prezident Co Bayden isə noyabrın 9-da yenidən dövlət başçısı seçilmək üçün mübarizə aparacağını açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR