Ətin qiyməti yenə bahalaşdı -

Tələbat çoxalır, qiyməti isə hər gün bir az da artır. Söhbət gündəlik qidalanmamızda əsas yerlərdən birini tutan ətdən gedir.

Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, vətəndaşlar bildirirlər ki, son bir neçə gün ərzində həm mal, həm də qoyun əti 2-3 manat bahalaşıb.

Hazırda mal ətinin 1 kiloqramının qiyməti 12 manatdan 14 manat 50 qəpiyə, qoyunun əti isə 15-16 manatdan 17-18 manata qədər artıb. Bahalaşma iri marketlərdə daha çox hiss olunur. Satıcılar da qiymətlərin artdığını təsdiqləyirlər. Onların sözlərinə görə, qış mövzsümü olmasına baxmayaraq, ətlik heyvanlar çətin tapılır. Satıcılar bildirirlər ki, bu cür davam edərsə, ətin 1 kiloqramı 20 manat və daha çox olacaq.

İqtisadçı Eldəniz Əmirov isə hesab edir ki, qiymət artımını əsas səbəbləri yemin bahalaşması və otlaq sahələrinin azalmasıdır.

İqtisadçının sözlərinə görə, sözügedən amillər məhsulun maye dəyərinə birbaşa təsir göstərir və nəticədə ət hər gün bahalaşmaqda davam edir. Ekspert ilin sonuna doğru daha böyük qiymət artımının ola biləcəyini də istisna etmir.

Eldəniz Əmirov düşünür ki, qiymət artımının qarşısını almaq üçün məhsuldarlığın artırılması vacibdir. Yəni 1 hektar ərazidən hazırda əldə olunandan daha çox ot və yem ehtiyatı toplanarsa bu, mal-qaranın sayının da artmasına şərait yaradacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR