“Bavariya” “Ştutqart”a qalib gəldi -

Bundesliqanın 23-cü turunda “Ştutqart” “Bavariya”nı qəbul edib.

Metbuat.az xəbər verir ki, baş hakim Kristian Dingertin idarə etdiyi oyun 2:1 hesabı ilə Münxen təmsilçisinin xeyrinə başa çatıb.

39-cu dəqiqədə müdafiəçi Matteys de Liqt qonaqları hesabda irəli çıxarıb. 62-ci dəqiqədə “Bavariya” ilə yeni müqavilə imzalayan Erik Şupo-Motinq komandasının üstünlüyündəki fərqi ikiyə çatdırıb. 88-ci dəqiqədə Xuan Perea qollardan birinin əvəzini çıxıb.

Beləliklə, “Bavariya” Almaniya çempionatının turnir cədvəlində birinci pilləyə qayıdıb. Münxenlilər 23 oyunda 49 xal toplayıb. “Borussiya Dortmund”un da eyni xalı var. Üçüncü yerdə 23 xalla “Union” qərarlaşıb. “Ştutqart” 19 xalla 15-ci yerdədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR