Separatçıların təxribat törətdiyi avtomobilin görüntüləri -

Xəbər verdiyimiz kimi, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınması barədə məlumatlar daxil olub. Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.

Qarşı tərəfdən atəş açılıb. Nəticədə Ordumuz 2 şəhid verib, erməni separatçıların isə 3 zabiti məhv edilib, 1 nəfər yaralanıb.

Metbuat.az axar.az-a istinadən erməni separatçıların silah daşıması üçün istifadə etdiyi və Ordumuzun əsgərlərinə qarşı təxribat törətdiyi UAZ markalı maşının videosunu təqdim edir:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR