"Qalatasaray" mövsümün sonunda "Liverpul"dan ayrılmağa hazırlaşan Roberto Firminonu transfer etməyə çalışır.
Metbuat.az xəbər verir ki, "Qalatasaray" rəhbərliyi Avropadan çoxlu müştəriləri olan təcrübəli hücumçunu yay transfer dönəmində azad agent kimi heyətinə qatmaq istəyir. “The Athletic” qəzetinin məlumatına görə, 31 yaşlı futbolçu üçün bir müddətdir əlaqə saxlayan "Qalatasaray" rəhbərliyi Avropa klublarını qabaqlamaq üçün hücumçu ilə indidən razılaşmaq istəyir. Bunun üçün nümayəndə heyəti İngiltərəyə gedir.