Morqda video çəkərkən heyrətə gəldi - “Ölü” uşaq dirildi /

Türkiyədə zəlzələlərdən sonra dağıntılar altından çıxarılan uşaqla bağlı görüntülər yayılıb.

Metbuat.az xəbər verir ki, Hatayda öldüyü güman edilən uşaq morqa yerləşdirilib. Lakin axtarış-xilasetmə işlərinə qatılan könüllü, morqda görüntü lentə almağa çalışarkən meyitlərin arasında uşağın barmağını tərpətdiyini müşahidə edib. O dərhal uşağa yaxınlaşıb və onun yaşadığını müəyyən edib. Uşaq dərhal həkim nəzarətinə götürülüb. Həkimlərin müdaxiləsindən sonra uşağın həyatını xilas etmək mümkün olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR