İranda zəhərlənən tələbələrin sayı artmaqda davam edir

İran Təhsil Nazirliyi məktəblərdə zəhərlənmələrlə bağlı media nümayəndələrinə məlumat verilməməsi barədə göstəriş verib.

Metbuat.az xəbər verir ki, bu barədə "Etimad" qəzeti məlumat yayıb. Qeyd edilir ki, nazirlik martın 6-da keçirdiyi qərar qəbul edərək, bununla bağlı bütün təhsil ocaqlarına sərəncam göndərilib.

Xatırladaq ki, İranın müxtəlif əyalətlərində zəhərlənən məktəblilərin sayı artmaqda davam edir. Yeni zəhərlənmə halları ölkənin Şimali Xorasan, Fars, Rəzəvi Xorasan, İsfahan, İlam və Xuzistan əyalətlərində qeydə alınıb.

Ərəblərin kompakt yaşadığı Xuzistan əyalətində bir gündə 700 şagird zəhərlərnib, Urmu, Kərəc və başqa bir neçə şəhərdə qızların yataxanasına zəhərli qaz bombaları atılıb. Məlumata görə, Şimali Xorasanda 46, Fars əyalətində 24, digər əyalətlərdə isə onlarla şagird zəhərlənmə simptomları ilə xəstəxanaya yerləşdiriliblər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR