Xamenei qızların zəhərlənməsi ilə bağlı danışdı

İranın ali dini lideri Əli Xamenei qızların təhsil aldığı məktəblərdə baş verən zəhərlənmə hadisəsiləri ilə bağlı təlimat verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, hadisə araşdırılmalı və günahklar cəzalandırılmalıdır. Mehr xəbər agentliyinin məlumatına görə, Xamenei “Ağacəkmə günü” münasibətilə çıxışında bildirib ki, hökumət bütün ölkədə narahatlığa səbəb olan qız şagirdlərin təhsil aldığı məktəblərdəki zəhərlənmə hallarını araşdırır. Hadisənin arxasında hansısa qüvvələrin ola biləcəyini ifadə edən Xameneinin sözlərinə görə, bu, cəmiyyətin ən günahsız şəxslərinə, yəni uşaqlara qarşı törədilən böyük cinayətdir.

"Kəşfiyyat və təhlükəsizlik qüvvələri hadisənin əsas agentlərini müəyyənləşdirməlidir. Hadisəni törədənlər, cinayətkarlar mühakimə olunmalı və ən ağır cəzalarla cəzalandırılmalıdır. Onlara yazığı gəlməməli, cəzaları nümunəvi olmalıdır" - Xamenei deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR