"Heç kimin bacarmadığını 1 günə edəcəm" -

2024-cü ildə keçiriləcək prezident seçkilərinə rəsmən namizəd olan ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasındakı müharibənin həllinin bir gündən artıq vaxt aparmayacağını irəli sürüb.

Metbuat.az xəbər verir ki, ki, Tramp Co Bayden administrasiyasının siyasətlərini pisləyib. Sərhəd problemlərini, seçki etibarını və medianı tənqid edən Tramp “Co Baydeni Ağ Evdən çıxaracağıq” deyib. Tramp hakimiyyəti illərindəki işlərdən danışıb və qeyd edib ki, o hakimiyyətdə olarkən müharibə baş verməyib. Müharibələri dayandıracağını deyən Tramp, Rusiya və Çinə qarşı çəkindirici siyasət həyata keçirəcəyini bəyan edib.

Tramp Çindən mal idxalını mərhələli şəkildə dayandıracağını ifadə edib. Tramp 3-cü dünya müharibəsinin başlaya biləcəyini, lakin bunun qarşısını ala biləcək yeganə liderin özü olduğunu iddia edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR