İrandan Azərbaycana gətirilən 13 ton bibərdə zərərli orqanizm aşkarlanıb

İrandan Azərbaycana gətirilən 13 ton bibərdə zərərli orqanizm aşkarlanıb.

Bu barədə Metbuat.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, İrandan idxal olunan “Ballı Store N” MMC-yə məxsus 7 425 kq, “Amotrade” MMC-yə məxsus 6 010 kq bibər məhsuluna keçirilən baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində karantin tətbiq olunan zərərli orqanizm - qonur qırışıqlıq virusu aşkar olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyaları barədə qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərarlar qəbul olunub. Məhsul partiyaları Qaradağ Rayon Qızıldağ Poliqonunda məhv edilib.

Məlumat üçün bildiririk ki, bu il İrandan idxal olunması üçün edilən 3 müraciət əsasında aparılan müayinələr nəticəsində bibər məhsulu partiyalarında karantin tətbiq olunan zərərli orqanizm aşkarlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR