Sergey Şoyqu Ukraynaya gedib

Rusiya Müdafiə Nazirliyi Sergey Şoyqunun Mariupola səfəri ilə bağlı bəyanat verib.

Metbuat.az xəbər verir ki, açıqlamaya görə, müdafiə naziri Şoyqu Mariupolda əvvəllər fəaliyyət göstərən obyektlərin hazırlanması və tikinti sahələrində aparılan işlərlə yerində tanış olub. Şoyqu çoxfunksiyalı Tibb Mərkəzinə, Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Mərkəzinə və yeni qəsəbəyə baş çəkib.

Bildirilib ki, Şoyqu regionun müxtəlif yaşayış məntəqələrini su ilə təmin etmək üçün nəzərdə tutulan su kəmərinin tikintisi ilə bağlı məruzəni dinləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR