Meral Akşener "altılı masa"ya qayıtdı

Türkiyə müxalifəti bu gün prezident seçkilərinə vahid namizədlərini adını açıqlayacaq.

Metbuat.az CNN-nə istinadən xəbər verir ki, CHP ilə İYİ Partiya arasında danışıqlar yüksək səviyyədə baş tutub. "Altılıq masa"dan ayrılan Meral Akşener Mansur Yavaş və Əkrəm İmamoğlu sədr müavini vəzifəsinə qəbul edilib. Daha sonra Baş Qərargahdan ayrılan Akşener CHP lideri Kılıçdaroğlu ilə görüşüb.

Görüş əsnasında Meral Akşener "altılı masa"ya geri dönməsi üçün öz şərtini açıqlayıb. İYİ Partiya sözçüsü Kürşat Zorlu ictimaiyyətə açıqlamasında Akşenerin toplantıya qatılmaq qərarına gəldiyini təsdiq edib.

Məlumat üçün bildirək ki, martın ikisində keçirilən toplantıdan narazı qalan Meral Akşener partiyasının “altılı masa”nı tərk etdiyini açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR