Ayrıldığı deyilən İlkin Həsəninin xanımından AÇIQLAMA -

Aparıcı İlkin Həsəni və həyat yoldaşı Aysel Həsəninin münasibətlərində problem yarandığı və ayrılıq yaşandığı iddia olub.

Metbuat.az xəbər verir ki, televiziya ulduzunun bloqer xanımı sözügedən məsələyə sosial şəbəkə hesabında aydınlıq gətirib.

Aysel Həsəni ayrılıq iddialarının yalan olduğunu deyib: “Sevgi haqqında yazdığım fikirləri hara aparıb çıxarırsınız? Məsləhət üçün yazmışdım. Yazılan fikirlər doğru deyil. Belə bir şey olarsa, ilk bizdən eşidərsiniz, əmin olun”.

O, İlkinlə birgə şəkillərini sosial şəbəkədən silib, və bir-birilərini izləmədən çıxarmasına bu cür reaksiya verib:

“Maraqlıdır, siz inciyəndə heçmi “follow”dan silmirsiniz? Heçmi şəkilləri arxivləmirsiniz? Göz önündə olduğumuz üçün bu qədər üstümüzə gəlməsəniz, biz də küsüb-barışa bilsəkmi, görəsən?”.

Qeyd edək ki, İlkin və Aysel cütlüyü 2017-ci ildə ailə qurub. Cütlüyün Alisa adlı bir qız övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR