Naxçıvanda məktəbdə bədbəxt hadisə -

Naxçıvan şəhərində 5 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında məktəbin yuxarı mərtəbəsində qırılan pəncərə şüşəsi binanın önünə toplaşan şagirdlərin üstünə tökülüb. Hadisə nəticəsində, məktəbin şagirdləri - 2014-cü il təvəllüdlü Gülər Mikayılova və bacısı 2007-ci il təvəllüdlü Aytac Mikayılova xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR