Hindistan donanması qurudan hava hədəflərini vura bilən orta mənzilli raketin sınağını təşkil edib.
Metbuat.az xəbər verir ki, bu barədə donanma sözçüsü sosial media hesabında yazıb. Məlumata görə, raketin sınağı uğurlu alınıb. Raket nəzərdə tutulan istiqamət üzrə uçaraq, şərti hədəfə çatıb. Məlumata görə, sınaqdan keçirilən raketi Hindistanın Müdafiə Nazirliyinin AR-GE birliyi ilə İsrailin İAİ şirkəti birgə hazırlayıb.
Qeyd edək ki, bundan əvvəl Hindistan "BrahMos” səsdən sürətli raketi sınaqdan keçirmişdi. Test uğurlu alınıb.