"Türküstan Araşdırmalar Departamenti" yaradıldı

"Media Araşdırmaları və Monitorinq Mərkəzi"nin nəzdində "Türküstan Araşdırmalar Departamenti" yaradılıb.

Metbuat.az xəbər verir ki, gənc politoloq Rusif Məmmədsoy departmentin direktoru təyin edilib. Departmentin tərkibinin formalaşdırılması direktora tapşırılıb.

R.Məmmədsoy bildirib ki, departmentin əsas hədəfləri Orta Asiyanın öyrənilməsinə yönəlib.

“Nəzərə alsaq ki, son dövrlər Orta Asiya (Türküstan) ölkələri ilə əməkdaşlıq daha da dərinləşir, Türk Dövlətləri Təşkilatında təmsil olunuruq, bu mənada ictimaiyyətin də bu istiqamətdə məlumatlı olması lazımdır. TAD-ın məqsədlərindən biri də ondan ibarətdir ki, ölkədə ixtisaslaşmaya öz töhfəsini versin. Türküstan Araşdırmalar Departamenti olaraq bu missiyanın öhdəsindən layiqincə gələcəyimizə inanıram! Vətənə, millətə xeyirli, uğurlu olsun!”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR