8 Martda qadınlara nə almaq olar?

Sabah 8 Mart Beynəlxalq Qadınlar Günüdür.

Metbuat.az xəbər verir ki, qarşı cinslərin bu gündə ən çox çətinlik çəkdiyi məsələlərdən biri də hədiyyə seçimidir. Bu bayram hədiyyə bayramı olmasa da, qadınları sevindirmək üçün kişilər nələrsə etmək istəyirlər. Çox da çətin olmayan bu məsələdə bir neçə məsləhətimiz olacaq:

Aksesuar seçimi pis seçim deyil. Qolbaq, üzük və boyunbağı qadınlar üçün özəl hədiyyələrdən biri ola bilər. Dibçək çiçəkləri, xüsusi hazırlanmış süni çiçəklər də qadınların zövqünü oxşaya bilər. Ətirlər qadınların olmazsa olmazıdır. Bunu da nəzərdən keçirmək olar.

Bundan əlavə, kiçik bir şam yeməyi, birlikdə müxətlif əyləncə məkanlarına getmək, gəmi gəzintisi, kino, konsertə getmək də seçimlər arasında ola bilər.

Təbii ki, yaşa və xarakterə görə, hədiyyə seçimi dəyişir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR