Cəbrayıl rayonunun ən uzunömürlü qadını Neciyeva Qızbəs Qurban qızı ziyarət olunub.
Metbuat.az xəbər verir ki, rayon icra hakimiyyətinin başçısının müavini Fəridə İbayeva və İcra hakimiyyətinin məsul əməkdaşları 8 Mart–Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun ən uzunömürlü qadınlarından olan, Böyük Mərcanlı kənd sakini, 99 yaşlı Qızbəs nənəni evində ziyarət ediblər.
Qeyd edək ki, Qızbəs xanımın 10 övladı, 40 nəvə, 75 nəticə, 13 kötücəsi var.