Zəlzələnin Türkiyəyə vurduğu zərər açıqlandı -

Birləşmiş Millətlər Təşkilatı Türkiyədə zəlzələlərin vurduğu zərərin 100 milyard dolları keçə biləcəyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının nümayəndəsi Luiza Vinton açıqlama verib. O bildirib ki, zəlzələ səbəbiylə bölgədə 2,7 milyon insan didərgin düşüb, 600 minə yaxın bina və ya iş yeri dağılıb.

"Bu günə qədər aparılan hesablamalara görə, hökumətin və beynəlxalq tərəfdaşların təqdim etdiyi etdiyi hesablamara görə, zərərin məbləğinin 100 milyard dolları keçəcəyi təxmin edilir", - Vinton bildirib. Vinton bildirib ki, zəlzələ bölgəsində aparılan bərpa işləri həyatın normallaşması üçün vacib əhəmiyyət kəsb edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR