Samirə Əfəndi hücuma məruz qaldı -

Azərbaycanı 2020 və 2021-ci illərdə “Avroviziya” beynəlxalq mahnı yarışmasında təmsil edən müğənni Samirə Əfəndinin başına iş gəlib.

Metbuat.az xəbər verir ki, sənətçi “Hyundai” markalı 77 DV 916 dövlət nömrə nişanlı avtomobilin sürücüsü tərəfindən təhqir olunduğunu bildirib: "Maşınıma tüpürdü, siqaretini atdı, söydü, şəklimi çəkdi. Bu şəxsdən şikayətçiyəm. Əslində, paylaşmağa utanıram. Çünki izləyicilərimin 70 faizi əcnəbilərdir. Buna göz yummaq, susmaq olmaz. Artıq bəsdir! “Bolt” və “Uber”, siz sürücüləri nəyə əsasən işə götürürsünüz? Sürücülük vəsiqəsi varsa, olar? Məncə, kökündən elə sürücülük vəsiqəsi verilməzdən əvvəl bu sürücülər psixoloji testlərdən keçməlidir. Mənim kimi səbrli insanı səbrsiz, əsəb xəstəsi ediblər. Etdiyim şikayəti nə geri götürərəcəyəm, nə də ki, boş verəcəyəm. Bu dəfə bəsdir. Pəncərəni açıb söyüş söymək, tüpürmək, siqaret, zibili çəkib pəncərədən atmaq, hara kimi? Bunlara niyə bu qədər sərbəstlik verilib?! Polislərimizdən xahiş edirəm ki, şikayətim üzrə tədbir görülsün. Bura gəlirsən bir dərd, gedirsən bir dərd. Məncə, qadınlara qarşı bu qədər hörmətsizliyə son verilsin. Şokdayam".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR