Bakı şəhər sakininin çay evində qanunsuz qumarxana təşkil etməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xətai rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ceyhun Xəlilovun Məhəmməd Hadi küçəsində yerləşən çay evində qumarxana təşkil etməsi müəyyən edilib.
Oraya baxış zamanı 2 ədəd noutbuk və 12 ədəd prosessor aşkar edilərək götürülüb.
Milli.Az